- Maraq dairəsi
- 17 Dekabr 2018 16:16
- 2 283
Bu ölkə göydələnlərin sayına görə rekord qırdı
2018-ci ildə dünyada 200 metr və daha çox hündürlükdə olan 143 göydələn inşa edilib.
Çin 2018-ci ildə 88 göydələnin inşası ilə dünya göydələn sayısında Avropa və Amerikanı geridə qoyub.
AzNews.az verir ki, Hündür Binalar və Şəhər Həyatı Şurasının 2018-ci il üzrə məlumatlarına görə, bu il dünyada 200 metr və daha çox hündürlükdə olan 143 göydələn inşa edilib. Onlardan 88-i məhz Çində tikilib.
Çinin paytaxtı Pekindəki “Citic Tower” 2018-ci ildə tamamlanan dünyanın ən uzun binası adını alıb. 528 metr uzunluğundakı göydələn 108 mərtəbədən ibarətdir. Bu bina dünyanın ən uzun 8-ci, Çinin isə ən uzun 4-cü göydələnidir.
Statistik məlumatlar paylaşan “statista.com”un xəbərinə görə, 2018-ci ildə tikilən ən uzun ikinci göydələn isə Viyetnamdakı Ho Çi Minh şəhərində olan 469.5 metrlik “Vincom Landmark 81” adlı binadır.
Qeyd edək ki, 2018-ci il üzrə dünya göydələn sıralamasında Çindən sonra ikinci yerdə 13 bina ilə ABŞ, üçüncü sırada isə 10 bina ilə Birleşmiş Ərəb Əmirlikləri yer alır.
Elgün
AzNews.az