Sistemi istifadə etmək istəməyən və ya rədd edən vətəndaşlar haqqında cəza tədbiq edilməyəcək Sistemi istifadə etmək istəməyən və ya rədd edən vətəndaşlar haqqında cəza tədbiq edilməyəcək

Londonda “Üz tanıma sistemi” tətbiq edilir - qaradərililər narazıdır

Sistemi istifadə etmək istəməyən və ya rədd edən vətəndaşlar haqqında cəza tədbiq edilməyəcək

London Şəhər Polisi ictimai yerdə üz tanıma sistemlərini istifadə verməyə hazırlaşır.

AzNews.az xarici mediaya istinadla xəbər verir ki, ingilis polisi bazar ertəsi və çərşənbə axşamı səkkiz saat ərzində İngiltərənin paytaxtı London şəhərinin mərkəzində bəlli bölgələrdə üz tanıma texnologiyasını test edəcək.

Polis deportamentinin 17-18 dekabr tarixlərində test edəcəyi üz tanıma texnologiyası olduqca ciddi müzakirəyə səbəb olub. Xüsusilə, qaradərili vətəndaşlara qarşı ayrıseçkilik ediləcəyi narahatlığı yaranıb.

Sistem Soho Pikkaadli dairəsində və Liçester meydanı ətrafında test ediləcək. Günahkarı təsbit etməyə yönəlik tətbiqdə xalqa məlumatlandırma broşürləri paylanılacaq. Uniformalı polislər günahkarları üz tanıma sistemiylə təsbit etməyə çalışacaq.

Şəhər polisindən verilən açıqlamaya görə, sistemi istifadə etmək istəməyən və ya rədd edən vətəndaşlar haqqında cəza tədbiq edilməyəcək, şübhəli qismində nəzarətə alınmayacaq.

Elgün
AzNews.az