Facebook sosial şəbəkəsi ilə bağlı qalmaqal davam edir. Facebook sosial şəbəkəsi ilə bağlı qalmaqal davam edir.

Facebook-la bağlı qalmaqal davam edir

Facebook sosial şəbəkəsi ilə bağlı qalmaqal davam edir.

“Nyu York Tayms” qəzeti sosial şəbəkənin 150 şirkətə, o cümlədən Rusiyanın Yandeks şirkətinə istifadəçilərin şəxsi məlumatlarını toplamaq imkanı yaratdığını iddia edib.

Qəzet Facebook-un keçmiş işçiləri ilə söhbətlər aparıb, sənəd və hesabatları incələyib. Aydın olub ki, texnoloji şirkətlər Facebook istifadəçilərinin şəxsi məlumatlarına açıqlandığından daha dərin giriş imkanı əldə edib.

Məsələn, Microsot Bing axtarış sistemi Facebook istifadəçisinin dost siyahısını görmək şansı əldə edib, Netflix, Spotify və Yahoo axtarış sistemi istifadəçilərin şəxsi xəbərlərini oxumaq şansı qazanmışdı. Amazon isə istifadəçinin dost siyahısında onların kontakt məlumatları barədə məlumata giriş əldə edib.

Ümumilikdə, 150-dən artıq şirkətlə əməkdaşlıq edən Facebook 2010-cu ildən məlumat mübadiləsi aparıb.(modern.az)

© AzNews.az