Eyyubi Sultan Süleyman xanın məzarı tapıldı - FOTO

Eyyubi Hanedanlığı üzvlərinə aid olduğu düşünülən 6 məzar da təsbit edilib.

Türkiyənin Hasankeyf kəndindəki tarixi əsərlərin daşınması üçün aparılan qazıntılarda Eyyubi Sultan Süleyman Xanın məzarı tapıldı.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Batman muzeyinin müdiri Şeyhmus Genç müxbirlərə verdiyi açıqlamada su altında qalacaq əsərlərin Hasankeyf Mədəniyyət Parkına daşınması üçün səliqə ilə həyata keçirildiyini dedi.

Şeyhmus Genc Süleyman Xan Məscidindəki qazıntılar zamanı Sultan Süleyman Xana aid olduğu deyilən məzara rast gəldiklərini bildirib.

Eyni yerdə Eyyubi Hanedanlığı üzvlərinə aid olduğu düşünülən 6 məzar da təsbit edilib.

Məzar, məzar daşları və skeletlər qorunma altında Mardın Artuklu Universitetinə göndərilib.

Nigar CƏFƏR

AzNews.az

image description image description image description image description