Türkiyənin İzmir şəhərində yaşayan iki qadının pişikdən keçən mikroba görə gözlərindən biri görmür. Türkiyənin İzmir şəhərində yaşayan iki qadının pişikdən keçən mikroba görə gözlərindən biri görmür.

Pişikdən keçən mikrob gözünün birini kor etdi

Türkiyənin İzmir şəhərində yaşayan iki qadının pişikdən keçən mikroba görə gözlərindən biri görmür.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 26 yaşlı kimyaçı Gizem Yalçının və 24 yaşlı gözəllik mütəxəssisi Ş.G.-nin pişikdən keçən mikroba görə gözlərinin biri görmür.

Mikrob Gizem Yalçına küçədən tapıb evinə gətirdiyi pişikdən, Ş.G-ə isə yediyi yeməkdən keçib.

İki xəstənin də həkimi olan İzmir Bozyaka Təhsil və Araşdırma Xəstəxanasının Göz Xəstəlikləri üzrə mütəxəssisi Dosent Dr. Bora Yüksel xəstəlik haqqında bunları deyib:

“Bu mikrob pişiyin bağırsağında olur və adı tokpoblazmadır. Pişiklərin nəcisi ilə ətrafa yayılır. Pişiklərin nəcisləri torpağa qarışır, daha sonra həmin torpaqda yetişən bitkilər və o bitkiləri yeyən heyvanlar bu xəstəliyə yoluxurlar. Buna görə də, çiy ət yemək, yuyulmamış tərəvəz və meyvə yemək olmaz. Xəstələrimizdən biri bu xəstəliyə saxladığı pişikdən, digəri isə restoranların birində yediyi yeməkdən yoluxub. Pişik saxlayarkən diqqətli olun, onların qumunu hər gün dəyişin. Bu xəstəliyin heç bir müalicəsi və əməliyyatı yoxdur. Böyük ehtimal ki, iki xəstəmizin də bir gözü artıq görməyəcək”.

Nigar CƏFƏR

AzNews.az