Hesabatda 2030-cu il üçün 1.8 milyard qlobal turist olacağı deyilir. Hesabatda 2030-cu il üçün 1.8 milyard qlobal turist olacağı deyilir.

Qlobal turist sayı 1.4 milyard nəfərə çatdı

Hesabatda 2030-cu il üçün 1.8 milyard qlobal turist olacağı deyilir.

Dünya Turizm Barometrinin hesabatına görə qlobal turist sayı 1.4 milyard nəfər olub.

AzNews.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının hesabatına görə 2018-ci ildə beynəlxalq turist sayı əvvəlki ilə görə 6 % artıb.

2017-ci ildə turist sayı 1 milyard 322 milyon nəfər olub. Beləliklə, turist sayında 2010-dan bu vaxta qədər ən yüksək rəqəm əldə edilib.

Orta Şərqdə 10%, Afrikada 7%, Sakit Okean, Asiya və Avropada isə 6% artım olub.

Avropa qitəsi 713 milyon, Asiya və Sakit Okean 343 milyon, Amerika 217 milyon, Afrika 67 milyon, Orta Şərq 64 milyon beynəlxalq turistə ev sahibliyi edib.

BMT 2019-cu ildə qlobal turist sayının 3-4% artacağını təxmin edir. Təxminlər Avropa üçün 3-4%, Amerika üçün 2-3%, Asiya və Sakit Okean üçün 5-6%, Afrika üçün 3-5%, Orta Şərq üçün 4-6%-dir.

Hesabatda 2030-cu il üçün 1.8 milyard qlobal turist olacağı deyilir.

Pərvanə Ağazadə

AzNews.az