25 günlük körpədə ət yeyən bakteriya aşkarlanıb. 25 günlük körpədə ət yeyən bakteriya aşkarlanıb.

Doğulanda yoluxdu, bədənini yeməyə başladı

25 günlük körpədə ət yeyən bakteriya aşkarlanıb.

Hindistanda doğulan 25 günlük körpədə ət yeyən bakteriya kimi bilinən “Necrotising Fasciitis” aşkarlanıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hindistanın Bengaluru şəhərində 5 günlük Rekha adlı körpənin dərisində problemlər yaranıb.

Həkimlərin etdiyi antibiotik müalicəsinin təsir etmədiyi dəriüstü qabartılara görə körpənin vəziyyəti pisləşib.

Ailənin yaxın dostu Bengaluru şəhərindəki uşaq xəstəlikləri həkimlərinə müraciət edib. İmkanı yaxşı olmayan ailəyə xərclər üçün kömək edilib.

Burda aparılan müayinələrin nəticəsində körpənin doğuş zamanı ət yeyən bakteriyaya yoluxduğu məlum olub.

Antibiotik müalicəsinə başlanılan körpənin vəziyyətinin düzəldiyi bildirilib.

Pərvanə Ağazadə

AzNews.az