Bu, təkrar emal sənayesinin başlanğıcı ola bilər. Bu, təkrar emal sənayesinin başlanğıcı ola bilər.

Plastiki yanacağa çevirən yeni üsul

Bu, təkrar emal sənayesinin başlanğıcı ola bilər.

ABŞ-ın Perdyu Universitetinin mütəxəssisləri plastikin yeni emal üsulunu nümayiş etdiriblər.

Mütəxəssislərin fikrincə, bu üsulun köməyi ilə plastikdən yanacaq, təmiz polimerlər və ya monomerlər almaq mümkündür. Bu, təkrar emal sənayesinin başlanğıcı ola bilər.

Bu barədə məlumat AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun saytında yer alıb. Məlumatda qeyd olunub ki, emal prosesini hidrotermal sıxılma adlandırırlar. Alimlərin fikrincə, polimerlər yüksək temperaturda əriyir və ifrat kritik suda (maye və qaz fazaları arasındakı fərq yox olan maddə vəziyyəti) həll olunur. Plastik kütlə naftaya çevrilən kimi onu artıq xammal kimi istifadə etmək olur.

Tədqiqatçılar ətraf mühitin gələcəyindən narahat olduqları üçün bu mövzu ilə məşgul olublar. Məlumdur ki, okean sularına səkkiz milyon ton adi plastik daxil olur və canlı orqanizmlərin çirklənməsi tədricən artır. Orqanimzlərdə getdikcə daha çox mikroplastik izlər tapılır. Ona görə də bu problemin həlli çox vacibdir.

Alınmış nəticələr “ACS Sustainable Chemistry & Engineering” jurnalında dərc olunub.(AZƏRTAC)

AzNews.az