Sevgililər günü çiçək alanlar bu yazını oxusun

Müxtəlif güllər hansı anlamı verir?

14 fevralı bir çox ölkələrdə Sevgililər günü kimi qeyd edirlər.

Həmin gün əksəriyyət insan sevdiyinə gül hədiyyə edir.

Bəs görəsən hansı gül nə anlama gəlir?

AzNews.az sizin üçün kiçik bir araşdırma aparıb:

Qızıl gül

Dünyanın ən risksiz gülü qızıl güldür. “Səni sevirəm” anlamına gəlir və özəl günlərdə ən çox məsləhət görülən çiçəkdir...

Çobanyastığı

Bütün çiçəklər arasında ən çox sevilənlərdə olan papatya saflığı, təmizliği və məsumiyəti bildirir.

Akasya

Akasya da rəngarəng bir çiçəkdir. Sarı olanı platonik sevgini, etiraf edilmək istəyən sevgini bildirir. Sevgililər gününün ən gözəl hədiyyələrindən biri ola bilər.

Nərgiz

Nərgiz yeni başlanğıcların çiçəyidir. Həmin gün yeni münasibət qurmaq istəyənlərə uyğun ola bilər.

Mavi orxideya

Çox incə və özəl bir çiçək olan orxideya özəl günlərin ən çox məsləhət görülən çiçəklərindəndir. Mavi olanı çox nadir tapıldığı üçün "sən sevginin ən büyüyüsən" mənasına gəlir.

Qırmızı zanbaq

Bu çiçək də "sənə sevgimi etiraf etmək istəyirəm" anlamına gəlir.

Xrizantema

Bu çiçək isə üzücü anlam daşıyır. Xrizantema ən çox qarşılıqsız sevgi mənasını bildirir.

Qərənfil

Bu çiçək "mənim üçün özəlsən" anlamına gəlir. Ağ olanını seçmək istəsəniz qarşınızdakı şəxsin məsum biri olduğunu vurğulamış olacaqsınız.

Səidə Nurməmmədli

AzNews.az