Narkotik istifadə etmək üçün bir evə girdi - şoka düşdü

Polis şəxsin əvvəlcə qarabasma gördüyünü düşünüb.

ABŞ-da narkotik qəbul etmək üçün tərk edilmiş evə girən şəxs pələng görüb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hyustonda bir nəfər narkotik qəbul etmək üçün girdiyi evdə qəfəsdə saxlanılan pələng görüb.

Hyuston polisi zəng edərək hadisəni xəbər verən şəxsin əvvəlcə qarabasma gördüyünü düşünüb.

Ancaq evə girəndə qarajda qəfəsin içində böyük bir pələnglə qarşılaşıblar.

Heyvanın yaxınlığında bir neçə paket ət olduğu, bundan başqa evdə yaşayan biri olduğuna dair izlərin olmadığını bildiriblər.

Polis məmurları yerli mediaya verdiyi açıqlamada pələngin bu evə necə gəldiyini araşdıracaqlarını deyib.

Mütəxəssislər pələngi uyuşdurandan sonra Texas ştatındakı heyvan sığınacağına aparıblar.

Pərvanə Ağazadə

AzNews.az