Bu qəsəbədə iti hürənlər cərimələnəcək

"İt sahibisinizsə, ona təlim keçməlisiniz".

Fransanın cənubunda yerləşən Feuquieres qəsəbəsi bələdiyyəsinin sədri Jan-Pierre Estienne səs-küyün qarşısını almaq üçün itlərin hürməsinə qadağa qoyub.

"La Parisien” nəşrinin verdiyi məlumata görə, bazar ertəsindən başlayaraq qəsəbədə uzun müddət və təkrar hürən itlərin sahibləri 68 avro cərimələnəcək.

Bələdiyyə sədri deyib ki, bu qadağanı qəsəbədə gecə-gündüz hürən və dözülməz bir durum yaradan köpəklərə qarşı qəbul ediblər.

Jan-Pierre Estienne "La Parisien” qızetinə açıqlamasında deyib ki, bu, it saxlamağa qadağa qoymaq demək deyil, itin bir dəfə hürməsinə görə, sahibləri cərimələnməyəcək: "İt sahibisinizsə, ona təlim keçməlisiniz. Qapalı yerlərdə olan, uzun müddət hürən itlərin sahiblərinə cərimə kəsiləcək. İtlər qəsəbə sakinlərinin istirahətinə mane olarsa, o halda da onlar qapalı yerlərə aparılacaqlar. Bu qadağanı pozan it sahibləri onların əleyhinə edilən hər şikayətə görə cərimələnəcəklər”.

Bələdiyyə sədri belə qərar verməsinin əsas səbəbini də açıqlayıb: "Bir qadının bir neçə böyük və kiçik iti var, itlərin hürməsindən sakinlər şikayətlənirdilər. Bir neçə dəfə həmin qadınla danışmağa çalışdıq, nəticəsiz qaldı. Bu qərarı başqa çarə olmadığı üçün qəbul etdim”.

Ancaq bu qadağa heyvan haqları müdafiəçilərinin etirazına səbəb olub. Heyvan Hüquqların Müdafiə Birliyinin sədri Stefan Lamart deyib ki, itlərinin ağzı varsa, hürməlidir, lakin sabahdan səhərə qədər hürən it görməyib. O, bələdiyyənin qərarından məhkəməyə müraciət edəcəklərini söyləyib.(bakupost.az)

AzNews.az