Həmin hadisə oktyabrın 22-də də təkrar olunur. Həmin hadisə oktyabrın 22-də də təkrar olunur.

Misirdə üç mindən artıq turist fironun “günəşli təbəssümünü” izlədi

Həmin hadisə oktyabrın 22-də də təkrar olunur.

Bu gün Misir vaxtı ilə səhər saat 6:23-də üç mindən çox xarici turist və yerli sakinlər Misirin Asuan əyalətinin cənubundakı “Abu-Simbel” məbəd kompleksində fironun “günəşli təbəssümünü” izləyiblər.

Bu barədə Misirin Asuan əyalətinin qubernatoru Əhməd İbrahim məlumat verib. Onun sözlərinə görə, fironun “günəşli təbəssümünü” izləyənlər arasında Misirin beş naziri və ölkədə akkreditə olunmuş 23 səfir də olub.

Qeyd edək ki, Misirin ən cəlbedici görməli yerlərindən olan Asuan əyalətinin cənubundakı “Abu-Simbel” məbəd kompleksində üç min ildən bəri fevralın 22-də günəş doğan kimi onun ilk şüaları firon II Ramsesin heykəlinin üzünü işıqlandırır. İlbəil yüzlərlə yerli sakinin və xarici turistin müşahidə etdiyi bu hadisə fironun “günəşli təbəssümü” adlandırılır.

Həmin hadisə, həmçinin oktyabrın 22-də təkrar olunur. Rəvayətə görə, 22 fevral fironun taxta qalxması, 22 oktyabr isə onun dünyasını dəyişdiyi tarixlərə təsadüf edir, çünki məhz bu günlər günəş şüaları fironun heykəli olan qaranlıq məbədə girir və onun surətini işıqlandırır.

Qeyd edək ki, firon II Ramses Qədim Misirin ən nəhəng fironlarından olub. O, bizim eradan əvvəl 1279-cu ildən 1213-cü ilədək hakimiyyətdə olub və 66 il müddətində Qədim Misirdə hökmdarlıq edib.(AZƏRTAC)

AzNews.az