Rayon sakini sxemi adiyyatı qurumlara da təqdim edib. Rayon sakini sxemi adiyyatı qurumlara da təqdim edib.

Dünyada ilk: Yevlaxlı müasir silahın sxemini hazırladı - Video

Rayon sakini sxemi adiyyatı qurumlara da təqdim edib.

Yevlax sakini yeni və müasir silahın sxemini hazırlayıb. Silah 5 kilometr məsafədən canlı və texnikanı məhvetmə gücünə malikdir.

Xəzər xəbər-in məlumatına görə, Yevlaxın Aşağı Qarxun kənd sakini Vüqar Abdullayev uzun illərdir üzərində çalışdığı ixtiranın sxemini tamamlayıb. Hərbi Optik Lazer adlanan qurğu 2 nəsildən ibarətdir. Rayon sakininin hazırladığı silah 5 kilometrlik məsafədən canlını və texnikanı məhvetmə gücünə malikdir. Vüqar Abdullayevin iddiasına görə, bir sıra özəllikləri ilə seçiləcək yeni silah dünyada bir ilkdir.

35-50 kq çəkiyə malik olacaq yeni silah hərbi texnikalara quraşdırılmaqla yanaşı, iki əsgər tərəfindən də rahat hərəkət etdiriləcək. Vüqar Abdullayev nanotexnologiya əsasında ərsəyə gələcək silahın hazırlanması üçün maddi dəstəyə ehtiyac olduğunu deyir.

Vüqar Abdullayev hazırladığı silah sxemini Milli Elmlər Akademiyasına və digər adiyyatı qurumlara da təqdim edib.

AzNews.az