Bu haqda pres-reliz MedicalXpress nəşrində dərc olunub. Bu haqda pres-reliz MedicalXpress nəşrində dərc olunub.

Populyar məhsulların ölümcül təhlükəsi təsdiq olundu

Bu haqda pres-reliz MedicalXpress nəşrində dərc olunub.

Harvard Universitetinin alimlərinin mindən çox insanın iştirakı apardığı irimiqyaslı tədqiqatda, şəkərtərkibli içkilərdən istifadənin ürək-damar xəstəlikləri və xərçəngdən ölüm riskini artırdığı ortaya çıxıb.

Bundan başqa gündəlik olaraq tərkibində şəkər əvəzləyicisi olan dörd stəkandan çox maye qəbulunun qadınlarda ölüm hallarının artımına səbəb olduğu deyilir.

Bu haqda pres-reliz MedicalXpress nəşrində dərc olunub.

Araşdırmada 1980-2014-cü illərdə 80 min 647 qadın, 1986-2014-cü illərdə 37 min 716 kişinin iştirakı ilə keçirilən tədqiqatlarda əldə olunan məlumatlar təhlil olunub.

Könüllülər həyat tərzinin müəyyənləşdirilməsi məqsədilə sorğu-sual olunub, hər iki ildən bir onlar müayinədən keçirilib.

Məlum olub ki, ayda 1-4 şəkərtərkibli içkinin qəbulu erkən ölüm riskini 1 faiz, həftədə 2-6 şəkərtərkibli içkinin qəbulu isə bu riski 6 faiz artırır.

Gündəlik 1-2 stəkan civarında qəbul olunduqda erkən ölüm riski 14 faiz, ikidən artıq qəbul olunduqda isə nə az, nə çox 21 faiz təşkil edir.(oxu.az)

AzNews.az