Bu fikir Pozitiv İqtisadiyyat İnstitutunun illik məruzəsində öz əksini tapıb. Bu fikir Pozitiv İqtisadiyyat İnstitutunun illik məruzəsində öz əksini tapıb.

BƏƏ dünyaya müsbət təsir göstərən ölkələrin ilk onluğundadır

Bu fikir Pozitiv İqtisadiyyat İnstitutunun illik məruzəsində öz əksini tapıb.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bütün dünyaya müsbət təsir göstərən və gənc nəsli gələcək çağırışlara hazırlamağa qabil olan ölkələrin ilk onluğunda 8-ci yeri tutur.

Bu fikir Pozitiv İqtisadiyyat İnstitutunun illik məruzəsində öz əksini tapıb.

BƏƏ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olmayan, amma həmin reytinqə daxil edilmiş ilk ölkə olub. Böyük Britaniya, ABŞ, Fransa və Avstraliya kimi ölkələri geridə qoymuş Əmirliklər bu reytinqdə ərəb dünyasının yeganə nümayəndəsidir.

Gələcək nəsillər üçün inkişaf imkanlarını müəyyən edən təhsil, infrastrukturun inkişafı, maliyyələşdirmə, konsensus və gənclərin ictimai həyata cəlb edilməsi sahələrində 30 göstərici üzrə tərtib edilmiş bu reytinqdə İlk yerləri İslandiya, İsveç və Norveç tutur.(AZƏRTAC)

AzNews.az