"Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Ferqüssonun son matçda çeynədiyi saqqız "eBay" internet-hərracında təqribən 517 min dollara satılıb. "Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Ferqüssonun son matçda çeynədiyi saqqız "eBay" internet-hərracında təqribən 517 min dollara satılıb.

Ferqüssonun saqqızı hərracda 517 min dollara satılıb

"Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Ferqüssonun son matçda çeynədiyi saqqız "eBay" internet-hərracında təqribən 517 min dollara satılıb.

"Report" "SUN" nəşrinə istinadən xəbər verir ki, ser Aleks həmin saqqızı 19 may 2013-cü il tarixində "Vest Bromviç"ə qarşı keçirilən (5:5) "MY"nın sükanı arxasındakı son oyunu zamanı çeynəyib.

Məlumata görə, əldə olunan vəsait "MY"nın xeyriyyə fonduna köçürüləcək.

Ferqüsson "MY"nın baş məşqçi postuna təyin olunanda (1986), həmin pula ortabab futbolçu almaq olardı.

AzNews.az