ABŞ-ın Los-Anceles şəhərinin mərkəzində səmada görününən obyekt yerli sakinlərin böyük marağına səbəb olub. ABŞ-ın Los-Anceles şəhərinin mərkəzində səmada görününən obyekt yerli sakinlərin böyük marağına səbəb olub.

Los-Ancelesdə UFO həyəcanı – VİDEO

ABŞ-ın Los-Anceles şəhərinin mərkəzində səmada görününən obyekt yerli sakinlərin böyük marağına səbəb olub.

Bəziləri təşviş içində bunun yadplanetlilərə aid gəmi, başqaları isə şəhərə düşən meteorit olduğunu yazıb.

Alatoranlıq səmada alovlanan uçan naməlum obyektin görüntüsü “Liveleak” portalında yayılıb.

Ancaq sonradan məlum olub ki, bu əslində nə UNO (uçan naməlum obyekt- qeyd), nədə meteoritdir, sadəcə 2019-cu ilin “son super-ay” hadisəsi münasibətilə Red Bull Air Force komandasının iki skaydayverinin (paraşutçu-qeyd) həyata keçirdiyi tryukdur.

Duet 1000 metrdən çox yüksəklikdən helikopterdən tullanıb və xüsusi uçuş kostyumu ilə 200 km/saat sürətlə şəhər mərkəzinə doğru mayılı bucaqda eniş edib. Kostyumlardan biri alov saçdığından kənardan seyr edənlər üçün meteorit və ya UNO effekti yaranıb.

“Los-Anceles mərkəzinə heç bir meteorit düşməyib. Nə də ki, yadplanetlilər şəhəri istila edib. Bu sadəcə çəkiliş məqsədilə edilən tryuk idi.”, deyə Los-Anceles polis rəsmisi sosial şəbəkədə sakinləri sakitləşdirməyə çalışıb(oxu.az)

VIDEO

AzNews.az