2 dəfə suyunu dəyişmək lazımdır. 2 dəfə suyunu dəyişmək lazımdır.

Broyler toyuqlarını ziyanlı maddələrdən təmizləməyin 3 düzgün qaydası

2 dəfə suyunu dəyişmək lazımdır.

Artıq uzun illərdir ki, istehsalçıların tez bir zamanda toyuq yetişdirmək və istənilən çəkini əldə etmək üçün hormonal maddələrdən, müxtəlif dərman preparatlarından, eləcə də antibiotiklərdən istifadə etdikləri bildirilir.

Mütəxəssislər hesab edir ki, toyuq ətində bir çox zərərli maddələr yığılır və bunlar yeyilən zaman asanlıqla insan orqanizminə ötürülür. Təbii ki, broyler toyuqlarından imtina etmək və hamının təbii yolla yetişdirilən toyuq ətindən yararlanması mümkün deyil. Belə olan halda nə etmək lazımdır? Broyler toyuqlarından ziyanlı maddələri qəbul etməməyin, ən azı onların miqdarını azaltmağın 3 asan yolunun olduğu bildirilir:

1. Toyuğu qaynadaraq bişirəcəksinizsə, iki dəfə suyunu dəyişmək lazımdır. Zərərli maddələrin əksəriyyəti bu yolla təmizlənir.

2. Toyuğu qızartmaq istəyirsinizsə, daxili orqanları içindədirsə, mütləq onları çıxarmaq, dərisini soymaq lazımdır. Çünki zərərli toksiki maddələr ən çox daxili orqanlara və dəriyə yığılır.

3. Toyuğu ziyanlı maddələrdən təmizlənmək üçün 3-4 qaşıq xörək duzunu 1 litr suya tökün. Oraya 1-2 yemək qaşığı limon suyu və ya limon duzu əlavə edərək məhlul hazırlayın. Təxminən iki saat ərzində toyuğu bu məhlulda saxlayın. Proseduru bir də təkrarlayın. Bu zaman toyuq istifadə üçün yararlı hala düşür. Bu proseduru adi mineral su ilə də etmək olar.

Sağlamlığınıza təhlükə yaratmamaq üçün bütün broyler quşlarını toksinlərdən belə təmizləyin. (e-tibb.az)