- Maraq dairəsi
- 10 Aprel 2019 17:53
- 2 665
Alimlər ilk dəfə qara dəliyi göstərdi - FOTO

Bu obyekt Yerdən 26 min işıq ili məsafəsində Oxatan bürcündə yerləşir
Avropa Cənub Rəsədxanasının alimləri ilk dəfə Süd Yolunun mərkəzində yerləşən qara dəliyin üfüqdə görünən tərəfini göstəriblər.
Alimlər “Event Horizon Telescope” qlobal teleskop şəbəkəsi tərəfindən hazırlanan işin nəticəsi ilə bağlı Avropa Komissiyası və Avropa Tədqiqat Şurasının mətbuat konfransında məlumat veriblər.
Tədqiqatçılar qara dəliyin “kölgə”sinin görüntüsünü əldə ediblər – üfüq hadisələrinə uyğun görünən radiasiya fonunda qara sahə. Bu obyekt Yerdən 26 min işıq ili məsafəsində Oxatan bürcündə yerləşir.
Qara dəlik - zərrəciklər və işıq kimi elektromaqnit dalğalarının içindən qaça bilmədiyi güclü qravitasiyaya malik fəza-zamanın bir hissəsidir.
“Event Horizon Telescope”a bütün dünya üzrə səkkiz rəsədxana daxildir. Astronom Maykl Bremerin sözlərinə görə, onlar hamısı diametri 10 min kilometr olan bir teleskop kimi fəaliyyət göstərir.(oxu.az)
AzNews.az
