“Təbiətə qayğı – insanlara qayğı deməkdir” “Təbiətə qayğı – insanlara qayğı deməkdir”

Yalnız indiki nəslin hələ planeti xilas etmək şansı var

“Təbiətə qayğı – insanlara qayğı deməkdir”

Bəşəriyyət öz həyat tərzini dəyişməli və təbiətlə harmoniya şəraitində yaşamağı öyrənməlidir.

BMT Baş Assambleyasının Beynəlxalq Yer Gününə həsr edilmiş iclasının leytmotivi belə olub.

Baş Assambleyanın sədri Mariya Fernanda Espinosa diskussiyanı açaraq xatırladıb: “Təbiətə qayğı – insanlara qayğı deməkdir”.

Mariya Fernanda Espinosa planetdə həyat dövrünə hörmət bəsləməyə, indiki və gələcək nəsillərin firavanlığı naminə bioloji müxtəlifliyin qorunub saxlanmasına nail olmağa çağırıb. Axı bitkilər və heyvanlar insanın sağlamlığını qoruyub saxlamağa bu və ya digər dərəcədə kömək edir, onlar bəşəriyyətin rifah mənbəyidir. Lakin son illərdə biloloji müxtəlifliyin sürətlə azalması müşahidə olunur: mərcan riflərindən başlamış pələnglərə və quş növlərinə qədər bir sıra nadir bitki və heyvan növləri tamamilə məhv olması təhlükəsi yaranıb.

Espinosa deyib: “Planetimizə və onun sakinlərinə vurulan ziyanı dayandırmaq üçün sonuncu şans bizim nəslə məxsusdur”.

Görüş iştirakçılarının çoxu Mariya Fernanda Espinosanın fikrinə şərik olduqlarını bildirib və iqlim dəyişmələrinə qarşı mübarizəyə yönəlmiş qətiyyətli tədbirlər görməyə çağırıblar.(AZƏRTAC)

AzNews.az