On dəqiqəlik uçuş yalnız elektrik enerjisi istifadə olunmaqla aparılıb On dəqiqəlik uçuş yalnız elektrik enerjisi istifadə olunmaqla aparılıb

Elektrik mühərriki ilə işləyən amfibiya təyyarə havaya qalxdı - FOTOLAR

On dəqiqəlik uçuş yalnız elektrik enerjisi istifadə olunmaqla aparılıb

Norveçdə elektrik mühərriki ilə işləyən amfibiya təyyarə havaya qalxıb.

“Equator Aircraft” şirkətinin təcrübəvi “P2 Xcursion” elektrik amfibiya təyyarəsi ilk dəfə olaraq Norveçin “Eggemoen” texnoloji parkı üzərində havaya qalxıb.

On dəqiqəlik uçuş yalnız elektrik enerjisi istifadə olunmaqla aparılıb. Şirkətin məlumatına görə, “P2 Xcursion” yeni qurğusu ştat rejimində işləyib, həmçinin dizaynın bundan sonra yaxşılaşdırılmasında istifadə oluna biləcək göstəricilər əldə edilib.

Çəkisi 100 kiloqram olan, ionlu-litiumlu batareyalarla qidalanan 97 kVt-lıq gücə malik elektrik mühərrikli prototipin uçuşu təyyarəyə ümumilikdə 35 dəqiqə müddətində uçmaq imkanı verib. Bununla yanaşı, “Equator Aircraft” şirkətində bəyan ediblər ki, daha sonuncu versiyalar səmada 105 dəqiqə qala bilər. Elektrik təminatı məqsədilə “Energio” generatoru və “Wankel” dizel mühərriki qoşulacağı təqdirdə, təyyarə 6 saat müddətində uçuş həyata keçirə bilər.

Təyyarəni işləyib hazırlayanların sözlərinə görə, “P2 Xcursion” elə layihələndirilib ki, o, təkcə əlçatan deyil, həm də iki adamı və kiçik baqajı apara biləcək qeyri-adi tutumlu kabinaya malikdir. “P2 Xcursion” təyyarəsinin əsas göstəriciləri baxımından çəkisi 750 kiloqramdır, bununla belə o, əlavə olaraq 240 kiloqram yük daşımaq qabiliyyətinə malikdir. Mühəndislər 130 dəniz mili (təxminən 241 kilometr-saat) maksimal kreyser sürətinə söz verirlər, uçuş məsafəsi isə təqribən 1565 kilometr təşkil etməlidir.(AZƏRTAC)

AzNews.az

image description image description