- Maraq dairəsi
- 24 Aprel 2019 12:15
- 1 468
Çin yaxın 10 ildə Aya insan göndərməyi planlaşdırır
Bu missiya 2019-cu ilin sonuna nəzərdə tutulub
Çin yaxın 10 il ərzində Aya insan göndərməyi və orada tədqiqat stansiyası tikməyi planlaşdırır.
Bu barədə Çinin Milli Kosmik İdarəsi xəbər yayıb.
Qeyd olunub ki, “Çanye-5” missiyası Aya eniş edərək oradan torpaq nümunələrini Yerə gətirəcək.
Bu missiya 2019-cu ilin sonuna nəzərdə tutulub.
Tədqiqat stansiyasının növbəti illərdə Ayın cənub yarımkürəsində inşa olunması planlaşdırılır.(trend.az)
AzNews.az