Dırnaqlarınızı hər zaman qısa kəsin Dırnaqlarınızı hər zaman qısa kəsin

Dırnaq yemə alışqanlığından necə qurtulmaq olar?

Dırnaqlarınızı hər zaman qısa kəsin

Dırnaq yemə xəstəliyi həm uşaqlarda, həm də yetkin insanlarda görülən bir alışqanlıqdır.

Dırnaq yemənin başlıca səbəblərinin önündə psixoloji problemlər, stres, yalnızlıq hissi, qayğı, qorxu, xəyal qırıqlığı, sıxıntı və diqqətsizlik gəlir.

AzNews.az xarici mətbuata istinadən sizə dırnaqlarınızı yemə xəstəlinizdən can qurtarmanız üçün bir neçə məsləhəti təqdim edir.

1.Dırnaqlarınızı hər zaman qısa kəsin. Əllərinizin baxımına diqqət yetirmək dırnaq yemə alışqanlığınızı azaldaraq sizi gözəl və baxımlı dırnaqlara sahib olma məsələsində cəsarətləndirəcək.

2.Stresli ya da həyəcanlı olduğunuz zaman dırnaqlarınızı yeyirsinizsə, deməli ilk olaraq stresinizi idarə etməyi bacarmalısınız.

Bir çox insan nə etdiyinin fərqində olmadan dırnaqlarını yeyir: acı bir dadı olan özəl dırnaq boyası vurularsa, buna əngəl ola bilərsiniz.

3.Dırnaq yemə alışqanlığınızı unutmaq üçün bütün enerjinizi başqa alışqanlıqlara sərf edin. Bəzi insanlar üçün bu əllərini məşgul tutmaq anlamına gəlir. Stres topu ilə oynamaq, təsbeh çəkmək kimi başqa bir təkrarlanan hərəkət, dırnaq yeməkdən qurtulmanıza yardım edəcəkdir.

4.Dırnaqlarınızı təmizləyin. Kirli olmaları da onları yemənin bir səbəbi ola bilər.

Səidə Vahid

AzNews.az