Kosmik stansiyada nasazlıq: astronavtlar iş yerində yatacaq

Temperatur göstəricilərinin qalxması səbəbləri araşdırılır

Beynəlxalq Kosmik Stasiyanın (BKS) amerikalılara aid “Harmony” modulunda nasazlıq baş verib.

Nasazlıq nəticəsində modulda temperatur yüksək səviyyəyə çatıb.

Belə olan halda, amerikalı astronavtlar Enn Makleyn, Nika Heyq, Kristina Kuk və kanadalı David Sen Jak bir neçə gün modulda yerləşən kayutlarda yatmaqdan məhrum qalıblar.

Temperatur göstəricilərinin qalxması səbəbləri araşdırılır.

BKS-ın “Ulduz” rus modulunda da iki kayut var. Orada hazırda rusiyalı kosmonavtlar Oleq Konenko və Aleksey Ovçinin qalırlar.(oxu.az)

AzNews.az