"Ailəm tələbələrin universitet borclarını ödəmək üçün yardım edir" "Ailəm tələbələrin universitet borclarını ödəmək üçün yardım edir"

İş adamı bu tələbələrin kredit borclarını ödəyəcək: "Ailəm adından sizə yardım edəcəm"

"Ailəm tələbələrin universitet borclarını ödəmək üçün yardım edir"

ABŞ-da milyarder iş adamı Robert F.Smith Morehouse Universitetindən bu il məzun olan bütün tələbələrin təhsil üçün götürdüyü kreditləri bağlayacağını açıqlayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Corciya ştatının Atlanta şəhərində yerləşən universitet tərəfindən fəxri doktorant adı verilən Smith 400 yeni məzuna xitabən çıxış edib. "Səkkiz nəsildir bu ölkədə yaşayan ailəmin adından sizə biraz yardım edəcəyəm. 2019-cu il mənim sinifim, ailəm tələbələrin universitet borclarını ödəmək üçün yardım edir. Əminəm ki, mənim də sinifim bu yaxşılığın eynisini başqa birinə edəcək".

Smith universitetə əlavə olaraq 1.5 milyon dollar məbləğində yardım edəcəyini açıqlayıb. Universitetə ödəniləcək xərclərin 40 milyon dollar olacağı deyilir.

Smithin açıqlaması qarşısında təəccüblənən tələbələr daha sonra iş adamına təzahürat ediblər. Universitetin rektoru David A. Thomas "Borcunuzu ödəməli olanda dünyada edə biləcəkləriniz məhdudlaşacaq. Bu yardım onlara xəyallarının, arzularının ardınca getməyə imkan verir" deyib.

Pərvanə Ağazadə

AzNews.az

image description