Bu barədə “Eurek Alert!” portalında məlumat dərc olunub Bu barədə “Eurek Alert!” portalında məlumat dərc olunub

Qədim Misir şərabı bərpa olundu

Bu barədə “Eurek Alert!” portalında məlumat dərc olunub

Avropa Universitetinin alimləri beş min il əvvəl Qədim Misirdə və digər şəhər-dövlətlərdə hazırlanan şərabı bərpa edərək, dadına baxıb.

Bu barədə “Eurek Alert!” portalında məlumat dərc olunub.

Tədqiqatçılar pivə və ballı çaxırın saxlanılması üçün istifadə olunan qədim keramik qablardakı maya qalıqlarını təhlil edib. Həmin səhənglərin qədim Misir faraonu Narmerin (təxminən eramızdan 3000 il əvvəl), aramey kralı Əzail (eramızdan 800 il əvvəl) və Nahemiya kralı (eramızdan 400 il əvvəl) hakimiyyəti illərinə təsadüf etdiyi bildirilir.

Maya nümunələrinin tam genomunun bərpa olunmasından sonra onun tərkibinin ənənəvi Afrika pivəsinə yaxın olduğu müəyyən edilib. Bunun sayəsində tədqiqatçılar qədim spirtli içkinin müasir variantını ərsəyə gətirib. Dequstatorlar onun keyfiyyətli və qəbul üçün təhlükəsiz olduğunu bildirib.(oxu.az)

AzNews.az