Britaniya sakini lotereyada 156 milyon dollar uddu

O, ölkədə üçüncü ən böyük uduşun sahibi olub

Böyük Britaniya sakini “EuroMillions” lotereyasında 123 milyon funt sterlinq (156 milyon dollar) qazanıb və ölkədə üçüncü ən böyük uduşun sahibi olub.

Bu barədə "Mirror" qəzeti yazıb.

Qeyd edək ki, birinci “EuroMillions” lotereyası 2004-cü il fevralın 13-də Fransa, İslandiya və Böyük Britaniyada keçirilib. (Azərtac)