Zelenskidən sonra Saakaşvili də bunu etdi - VİDEO

“Mariupolda fontanlar yaxşıdır, ancaq Odessada da pis deyil”

Gürcüstanın keçmiş prezidenti və Odessanın eks-qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Vladimir Zelenskinin hərəkətini təkrarlayıb.

Odessada işlək fontanın içindən keçən Saakaşvili əyləncəli anların videosunu “Facebook” səhifəsində paylaşıb. O, videoya “Mariupolda fontanlar yaxşıdır, ancaq Odessada da pis deyil” yazıb.

Xatırladaq ki, ötən həftə Zelenski də Mariupolda fontanın içindən keçmişdi.(qafqazinfo.az)

AzNews.az