"Səninlə hər görüşdən sonra enerji yığıram" "Səninlə hər görüşdən sonra enerji yığıram"

Zabitlə Kadırov döyüşdü - VİDEO

"Səninlə hər görüşdən sonra enerji yığıram"

Azərbaycanlı K-1 ustası Zabit Səmədov “İnstagram” hesabında Çeçenistan prezidenti Ramzan Kadırovla maraqlı görüntülərini paylaşıb.

Videoda hazırda 2-ci Avropa oyunlarında fəxri qonaq olan Səmədovun Kadırovla məşq xarakterli döyüş keçirdiyi görünür.

İdmançımız görüş haqqında fikirlərini bölüşüb: “Səninlə hər görüşdən sonra enerji yığıram. Tezliklə “Axmat” klubunun bayrağı altında döyüş hazırlıqlarına başlayacam”.(qafqazinfo.az)

AzNews.az