450 il yaşayacaqsınız? Amma, o, yaşayacaq! 450 il yaşayacaqsınız? Amma, o, yaşayacaq!

Kəşf edilməyi gözləyən 10 fərqli sayt!

450 il yaşayacaqsınız? Amma, o, yaşayacaq!

Kəşf etmək üçün yaratmaq, kəşf edilmək üçün isə axtarılmaq lazımdır. Odur ki, axtardığım və mənim marağımı cəlb edən fərqli mövzulu saytları burada bir yerə toplamaq qərarına gəldim.

Siz həmçinin Faydalı sayıla biləcək 8 maraqlı sayt başlıqlı məqaləmə daxil olaraq, fərqli saytlarla da tanış ola bilərsiniz. Çox uzatmadan yeni saytları sizə təqdim edirəm:

1. 450 il yaşayacaqsınız? Amma, o, yaşayacaq! – https://stopplasticpollution.eu/en

Söhbət plastik qablardan gedir. Portuqaliyada start verilən bir layihə plastik qabların təbiətə təsirini hər kəsdən fərqli göstərdi. Belə ki, plastik şüşənin üzərinə yerləşdirilmiş webcam vasitəsilə onun parçalanağı günə qədər canlı yayımı həyata keçiriləcək. 22 aprel 2019-cu il tarixində başlayan yayımın 450 il sonra bitəcəyi güman olunur. Hərdən vaxtınız olanda siz də girib baxa bilərsiniz.

2. Kosmosdan şəkillər – https://apod.nasa.gov/apod/astropix.html

NASA-ya aid olan bu sayt hər gün kosmosdan bir şəkil paylaşır.

3. Heç kim oxumasın haa! – https://privnote.com/

Bu sayt vasitəsilə gizli mesajlarınızı qeyd edə göndərə bilərsiniz. Maraqlısı ondadır ki, mesaj oxunduqdan sonra silinir və məchula çevrilir.

4. Öz xəritəni özün yarat – https://www.scribblemaps.com

Bu sayta daxil olmaqla google xəritə üzərində öz xəritənizi yarada bilərsiniz.

5. Ölüm vs. doğum – http://www.worldbirthsanddeaths.com/?utm_source=webtekno

İndi dünyada bəlkə də bir uşaq doğulur və ya kimsə rəhmətə gedir. Bu say sizə dünyada anbaan ölən və doğulanların sayınə göstərəcək.

Nə qədər düz olduğunu isə deyə bilmərəm.

6. Üzləri yadda saxlaya bilmirsiniz? Bəlkə siz? – https://openpsychometrics.org/tests/EBFMT/

Əgər insan üzlərini tez-tez unudursunuzsa, prosopagnosia haqqında araşdırma aparmağa başlaya bilərsiniz. Prosopagnosia üz korluğu olub, insan üzlərini tanımama xəstəliyidir. Siz sayta daxil olmaqla prosopagnosia olub olmadığını kiçik bir testlə yoxlaya bilərsiniz.

7. Riyaziyyat sizi qorxudur? – https://www.mathway.com/Algebra

Bu sayt riyaziyyat misallarından əziyyət çəkənlərin dostu olacaq. Misalı yazırsınız, cavabı hazır

8. Gözünüzü ekrandan çəkə bilməyəcəksiniz – https://zoomquilt2.com

Sonsuzluq kimi gələcək bu sayt sizə

9. Musiqiyə içkisiz qulaq asa bilmirsiniz? – http://drinkify.org/

Musiqi varsa içki də olsun, deyənlərdənsinizsə, bu sayt tam sizlikdir. sevimli müğəninizi qeyd edirsiniz, sayt sizə hansl içkini içməli olduğunu məsləhət görür

10. Təbiət səsini sevirsiniz? – https://asoftmurmur.com/

Əgər dağ başında bir evdə olmaq və yağış səsini dinləmək istəyirsinizsə, lakin hal-hazırda işdəsinizsə, bu sayta daxil olun və heç olmasa 10 dəqiqə özünüzü fərqli yerdə hiss edin

Məndən bu qədər. Fərqli və maraqlı olduğunu düşündüyünüz başqa bildiyiniz saytlar varsa, rəylərdə bölüşə bilərsiniz.