Onların sırasında prezident də var, aktyor da, müğənni də... Onların sırasında prezident də var, aktyor da, müğənni də...

Medianın “öldürdüyü” məşhurlar

Onların sırasında prezident də var, aktyor da, müğənni də...

Bir neçə gün öncə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun ölüm xəbəri yayılmışdı. Tezliklə Türkmənistan prezidenti üzə çıxdı və şayiələrə son qoydu.

Bu günə qədər ölüm xəbəri yayılan xeyli sayda məşhur olub. Onların arasında siyasətçilər də var, müğənnilər də, tanınmışlar da. Siyahıdakı bəzi detalları nəzərinizə çatdıraq.

Sabiq nazir Fazil Məmmədov əvəzinə başqa bir Məmmədov

2019-cu ilin fevralında sabiq vergilər naziri Fazil Məmmədovun ölüm xəbəri yayılıb. Gəncə Beynəlxalq Xəstəxanası məlumat yayıb ki, fevralın 8-də xəstəxanada Məmmədov soyadlı başqa bir xəstə dünyasını dəyişib.

Ä°lgili resim

Xatırladaq ki, F.Məmmədov 2018-ci ilin iyununda Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb.

O, “American Hastanesi”nin professorları Orhan Bilgə və Mustafa Kərəmin nəzarətində olub. Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı. Daha sonra Azərbaycana qayıdan sabiq nazirin sonrakı müalicəsi Gəncə Beynəlxalq Xəstəxanasında davam etdirilib.

Cavanşir Yusifli ile ilgili görsel sonucu

Müğənnilər də ölür, amma yalandan...

15 dekabr 2014-cü ildə tənqidçi Cavanşir Yusiflinin ölüm xəbəri yalan çıxdı. Cavanşır Yusifli mediaya açıqlamasında qəzəbli danışıb və bildirib ki, bu, saytlardan birinin oyunur: “Adamı öldürən Allahdır. Əks təqdirdə, bu şərəfsizlərin əlində qalardıq”.

Xatırladaq ki, tənqidçinin ölüm xəbərini yazıçı Əlabbas vermiş, C.Yusiflinin ürək çatışmazlığından öldüyünü bildirmişdi.

Yalandan ölüm xəbəri yayılan məşhurlardan biri də Azərbaycanın tanınmış şoumeni və teleaparıcısı Kamran Həsənli olub. Bu məlumat şoumenin qonşusu olduğu iddia edilən şəxs tərəfindən mediaya ötürülmüşdü. Amma aparıcı bu xəbəri belə təkzib edib: “Dünyamı dəyişməmişəm, yaxşıyam. Bilmirəm, mənim ölüm xəbərimi yaymaqla nə əldə etmək istəyirlər? Onu da deyim ki, nə vaxtsa rəhmətə gedəcəyik. Allahın işinə qarışa bilmərik. Ancaq hələ cavanam”.

Səyyad Əlizadə ile ilgili görsel sonucu

Müğənni Səyyad Əlizadənin ölüm xəbəri isə 2012-ci ilin noyabrında yayılmışdı. O, açıqlamasında haqqında yayılan məlumatlardan xəbərdar olduğunu bildirib: “Qəzaya düşməmişəm. Belə xəbəri niyə yayıblar, bilmirəm”.

Nanə Ağamalıyeva ile ilgili görsel sonucu

2015-ci ildə bəzi saytlar tanınmış aparıcı Nanə Ağamalıyevanın ölümü ilə bağlı dezinformasiya yayımlayıblar. Daha sonra xanım aparıcının ölümü ilə bağlı yayılan məlumatların əsassız olduğu üzə çıxıb. Belə ki, aparıcının yaxın dostları onun Qubada yerləşən hotellərin birində olduğunu və tanınmış avtomobil brendlərindən birinin təqdimatında iştirak etdiyini deyiblər. 2014-cü ilin sentyabrında ölüm xəbəri ilə dünyaya səs salan daha bir məşhur isə “Rembo” kimi tanıyıb sevdiyimiz məşhur aktyor Silvester Stallone olub. Qəzaya uyğun təqdim edilən fotonun ötən il baş verən və 53 yaşlı kişinin ölümü ilə nəticələnən qəzaya məxsus olduğu və Silvesterlə heç bir əlaqəsinin olmadığı təsdiqlənib. Silvesterin yaxınları iddia edir ki, insanlar bu xəbərin sayəsində pul yığmağa çalışıblar.

Alla Puqaçova ile ilgili görsel sonucu

Rusiya estradasının primadonnası Alla Puqaçovanın ölüm xəbəri da Azərbaycan mediasının “üz qarası”dır. Yanlış tərcümə nəticəsində müğənninin verdiyi müsahibə onun ölüm xəbəri kimi sürətlə tirajlanıb. Bəzi Rusiya kütləvi informasiya vasitələri onun ailəsində faciəvi hadisənin baş verdiyini, ifaçının da az qalsın bu səbəbdən öləcəyi haqqında yazıblar. Belə ki, Alla Puqaçova xeyli müddət idi ki, jurnalistlərin qarşısına çıxmırdı. Sonuncu dəfə uzun fasilədən sonra mətbuat konfransı keçirən primadonna səhhətindən şikayətlənmişdi.

“Mən yuxumda gördüm ki, oğlum xəstələnib. Bir neçə gün sonra Harri həqiqətən xəstələndi. Bərk qorxdum. Amma həkimlər dedi ki, bu, adi soyuqdəymədir. Doğrudan da belə imiş və bir neçə günə oğlum tamamilə sağaldı”, - deyən Alla Puqaçova oğlundan sonra özünün də səhhətinin pisləşdiyini deyib. “Bir an mənə elə gəldi ki, mən indi elə yerimdəcə öləcəm”, - deyə primadonna etiraf edib.

Aydın olub ki, rus estradasının primadonnasına heç nə olmayıb. Sadəcə olaraq, o, gördüyü yuxuya görə çox narahat olub. Beləliklə, Harri sağalandan sonra Puqaçova da özünü yaxşı hiss edib. Yerli jurnalistlər isə “az qaldı ölüm” cümləsini “öldü” kimi tərcümə edərək, yanlışlığa yol veriblər.

Tarkan ile ilgili görsel sonucu

2014-cü ilin iyulunda facebook sosial şəbəkəsində türkiyəli məşhur müğənni Tarkanın avtomobil qəzasında həlak olması ilə bağlı xəbər linkləri paylaşılıb. Az sonra məlum olub ki, bu, sadəcə, virusdur. Xəbər cəlbedici olduğundan minlərlə istifadəçinin hesabı bu virusa yoluxub. Bu tipli linkləri gördüyünüz zaman onları açmamağınız məsləhətdir.

Qeyd edək ki, bu, meqa-starla bağlı ilk belə xəbər deyil. Belə ki, 2011-ci ildə də onun ölüm xəbəri yayılmışdı.

Qorbaçov ile ilgili görsel sonucu

Bu prezidentləri sağlığında “öldürüblər”

Düşünməyin ki, belə yalançı xəbərlər ancaq şou-biznes nümayəndələrinin başına gəlir. SSRİ-nin birinci və sonuncu prezidenti, Azərbaycan xalqına qarşı erməni soyqırımının təşkilatçılığını etmiş Mixail Qorbaçovun da bir neçə dəfə ölüm xəbərləri yalan çıxıb. Qorbaçov ölməsi barədə xəbərləri özü təkzib edərək yaşadığını və fəaliyyət göstərdiyini bildirmişdi. Qorbaçov bu şayiələrə belə reaksiya verib: “Mənim ölüm xəbərimlə yüksək qonorarlar almaq istəyənlər məyus olublar. Onlar bunu görməyəcəklər”.

ABŞ-ın eks prezidenti Barak Obamanı düz iki dəfə “öldürüblər”. 2011-ci ilin iyulunda naməlum şəxs ABŞ-ın “Fox Nevs” telekanalının siyasət şöbəsinin rəsmi twitter səhifəsini ələ keçirərək orada sabiq prezident Barak Obamanın öldürüldüyü barədə məlumat yerləşdirib. Gecə saatlarında telekanalın səhifəsi özünün 33 minlik oxucularına Barak Obanın öldürülməsinin təfərrüatlarını məlumat verməyə başlayıb.

“Barak Obama indicə aramızdan getdi. Prezident qətlə yetirilib. İyulun 4-ü üçün bu çox kədərli məlumatdır” - deyə yazılarda deyilib. Daha sonra məlumatda deyilib ki, odlu silahdan yaralanan prezident çoxlu qan itirdiyinə görə vəfat edib. Guya naməlum şəxs “Ross” restoranında prezidentə iki dəfə silahdan atəş açıb.

Bundan sonra rəsmi twitter səhifəsini ələ keçirən naməlum şəxs Obamanın ailəsinə başsağlığı verib. Qeyd edək ki, dünyada minlərlə mikrobloq istifadəçisi bu provokasiyaya uyaraq məlumatı paylaşıb.

Ä°lgili resim

8 noyabr 2014-cü ildə də ABŞ prezidentinin ölüm xəbəri yayılıb. Birləşmiş Ştatların CNN telekanalı efirdə səhvən Obamanın öldüyünü bildirib. Məlumata görə, “OutFront” televiziya proqramı “Əl-Qaidə” terror qrupunun liderlərindən biri Üsamə bin Ladenin ölümü ilə bağlı xəbərdə “Osama” əvəzinə “Obama” yazıb. “Obamanı öldürən hərbçi əhalinin tənqidinə məruz qaldığını bildirib” - CNN efirdə qeyd edib.

Ramzan Kadırov ile ilgili görsel sonucu

2014-cü ilin noyabrında isə Ramzan Kadırovun İŞİD Tarxan Batiraşvalinin (Ömər əş Şişani) ölməsi ilə bağlı verdiyi xəbər yalan çıxıb. Bu, İŞİD qüvvələrinə komandanlıq edən Ömər əş Şişani təxəllüslü Gürcüstan vətəndaşının 2013-cü ildən bu yana çıxan beşinci ölüm xəbəridir.

2010-cu ildə xəbər yayıldı ki, İranın ən tanınmış həkimlərindən ibarət briqada Bağdadın “Əl-Tibb” xəstəxanasında İraq prezidenti Cəlal Tələbaninin müalicəsinə başlayıblar. İraq prezidenti Cəlal Tələbani hospitala yerləşdirilib və bundan sonra komaya düşüb. Bir gün öncədən Tələbaninin ölümü haqqında məlumatlar yayılsa da, bu xəbər sonradan təkzib olundu. Xatırladaq ki, Cəlal Tələbani 2017-cu ildə vəfat edib. (“Yeni Müsavat”)