Çünki bu su vitamindən çox zəhərlə doludur Çünki bu su vitamindən çox zəhərlə doludur

Noxudu belə bişirsəniz, fəsadları ağır olar

Çünki bu su vitamindən çox zəhərlə doludur

Bəzi qidalar var ki, onları düzgün istifadə etmədikdə xeyirindən çox ziyanları orqanizmizə təsirsiz ötüşmür. Belə qidalardan biri də noxuddur ki, onun da öz bişirilmə və istifadə qaydası var.

Noxudu bişirmədən öncə bir gecə mütləq suya qoymaq lazımdır. Unutmaq lazım deyil ki, qətiyyən islatdığımız suyu bişirəcəyimiz yeməkdə istifadə etmək olmaz.

Çünki bu su vitamindən çox zəhərlə doludur.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, həkim Oğuz Özyaral bəzi şəxslərin vitamininin azalmaması məqsədi ilə noxudun islatdığı suyu tökmədiyini, ancaq bu suyun vitamindən çox zəhərlə dolu olduğunu deyib.

"Quru noxudların yemək olaraq bişirilə bilməsi üçün ən azı bir gecə öncədən suda isladıb şişməsini gözləmək lazımdır".

O bildirib ki, şişmə zamanı noxud bitkisi suya mədə tərəfindən həzm edilməyən zəhərli maddələr, qazlar buraxır. Bu səbəbdən həmin suda yemək bişirmək olmaz.

Noxudun müntəzəm istifadə olunmasını deyən professor Oğuz Özyaral şəkər xəstəliklərinə çox müsbət təsir etdiyini qeyd edib:

“Noxud təyziqi normaya salmağa yardım edir. Bundan əlavə, ürək bulanmasının, baş gicəllənməsinin və baş ağrılarının da qarşısını alır”.

Səidə Vahid

AzNews.az

image description