O, sovetlər birliyi dövründə uzun illər kənd sovetində çalışıb O, sovetlər birliyi dövründə uzun illər kənd sovetində çalışıb

Çalışıram ata-babamdan yadigar qalan bu peşəni yaşadam - Lahıclı sənətkar

O, sovetlər birliyi dövründə uzun illər kənd sovetində çalışıb

Eyvaz Abbasov İsmayıllı rayonunun Lahıc qəsəbəsindəndir. Ömrünün 59-cu ilini yaşayan sənətkar sovetlər birliyi dövründə uzun illər kənd sovetində çalışıb. Hazırda evlərində kiçik emalatxana açıb, ağacdan hazırladığı müxtəlif formalı əsa, təsbeh və digər əşyalar yerli və xarici turistlərin marağına səbəb olur.

Sənətkar Eyvaz Abbasov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Bu iş mənim hobbim olsa da, nəsildən-nəslə keçərək bu günə gəlib çatıb. Çalışıram ata-babamdan yadigar qalan bu peşəni yaşadam, gənclərə də öyrədim”.

Lahıclı usta əl işlərinin həvəslə alındığını bildirib. Onun sözlərinə görə, əsasən əsalar, müxtəlif formalı fiqurlar sifariş verilir.

Eyvaz Abbasov Lahıcda satış mağazası da açıb. O, turistlərin hazırladığı əşyalara böyük maraq göstərdiklərini vurğulayıb.