Onun axtarışına dörd kater və bir sahil mühafizəsinin helikopteri cəlb edilib Onun axtarışına dörd kater və bir sahil mühafizəsinin helikopteri cəlb edilib

İtaliyalı matrasda Messina boğazını keçdi – Dərin yuxunun nəticəsi

Onun axtarışına dörd kater və bir sahil mühafizəsinin helikopteri cəlb edilib

Hava matrasında dənizdə 10 kilometrdən artıq məsafəni qət edərək Messina boğazını keçən gənc adam İtaliya sahil mühafizəsinin əməkdaşları tərəfindən xilas edilib.

AzNews.az yerli mətbuata istinadən bildirir ki, 28 yaşlı italiyalı Şilla şəhəri yaxınlığında Calabrinın sahilindəki çimərliklərdən birində istirahət edərkən adi hava matrasında mürgüləyib, oyananda isə güclü axının onu açıq dənizə apardığı məlum olub.

Yoldaşları yalnız axşam saatlarında onun yoxa çıxdığını görəndə həyəcan siqnalı veriblər. İtkin düşmüş şəxsin axtarışına dörd kater və bir sahil mühafizəsinin helikopteri cəlb edilib. Axtarış və xilasetmə əməliyyatı doqquz saatdan çox davam edib. Dənizçilər oğlanı gecə saatlarında Messina yaxınlığında Siciliya sahillərində əlləri və ayaqları ilə matrasdan bərk-bərk yapışmış şəkildə tapıblar. Beləliklə, o özü də istəmədən bu adanı İtaliyanın materik hissəsindən ayıran boğazı keçib.

AzNews.az