Komikslərə əsaslanan filmlər kinofestivala gedir Komikslərə əsaslanan filmlər kinofestivala gedir

Aktyorlar arasında "Oskar" almağa namizədlərin adları açıqlandı

Komikslərə əsaslanan filmlər kinofestivala gedir

Bukmekerlər "Oskar-2020"mükafatına ehtimal olunan namizədlərin adlarını açıqlayıblar.

AzNews.az bu barədə NME portalına istinadla məlumat verir.

"Ən yaxşı aktyor"nominasiyasında qalib kimi Todd Fillipsin "Coker" filmində baş rolu ifa edən Hoakin Feniksin adı çəkilir. Filmin premyerası Venesiya kinofestivalında baş tutacaq.

Qeyd edilir ki, komikslərə əsaslanan filmlərin kinofestivallarda iştirak etməyi nadir hadisədir.

Mükafata digər namizədlər arasında "Qonşuluqda gözəl bir gün" filmində oynayan Tom Henks, "Rocketman" də ifa etdiyi rola görə Teron Ecerton və "Ağrı və şöhrət" filmində çəkilən Antonio Banderası qeyd edilirlər.

"Ən yaxşı film" kateqoriyasına ehtimal olunan qaliblərin sırasına "Nigah tarixi" və "Bir dəfə Hollivudda"layihələri daxil edilib.

AzNews.az