Onlar 996 min Avstraliya dolları qazanıblar Onlar 996 min Avstraliya dolları qazanıblar

Dostlar on il eyni nömrələrlə lotereya oynadılar - Cekpot qazandılar

Onlar 996 min Avstraliya dolları qazanıblar

Avstraliyalı səkkiz dost təxminən on il eyni rəqəmlərin kombinasiyası ilə lotereya oynayıblar və nəhayət, cekpot qazanıblar.

AzNews.az bildirir ki, bu barədə “Daily Mail” nəşri məlumat verir.

Ölkənin müxtəlif şəhərlərinə köçən dostlar on il ərzində mütəmadi olaraq atışaraq, 19, 23, 35, 6, 28, 24, 38 və 29 rəqəmlərindən ibarət lotereya bileti alıblar. Şənbə günü, avqust 17-də onlar, nəhayət, 996 min Avstraliya dolları (1,2 mln AZN) qazanıblar.

“Dostlarıma zəng edib bu xəbər ilə bölüşmək üçün səbirsizlənirəm! Onlar xoşbəxt olacaqlar!”- qaliblərdən biri deyib.

Onun sözlərinə görə, uduşun bir hissəsini hesabların ödənilməsinə sərf etməyi planlaşdırır.

AzNews.az