Bu avtomobil Günəşin ətrafında 557 gün ərzində tam dövrə vurur Bu avtomobil Günəşin ətrafında 557 gün ərzində tam dövrə vurur

İlon Maskın maşını Günəşin ətrafında ilk dəfə dövrə vurdu

Bu avtomobil Günəşin ətrafında 557 gün ərzində tam dövrə vurur

“SpaceX” kosmik şirkətinin sahibi olan məşhur milyarder İlon Maskın sükanının arxasında skafandr geyindirilən maneken olan “Tesla Roadster” markalı avtomobili Günəşin ətrafında ilk dövrə vurub.

2018-ci ildə kosmosa göndərilən bu avtomobil Günəşin ətrafında 557 gün ərzində tam dövrə vurur.

Hesablamalara görə, “Tesla Roadster” artıq kosmosda 1,2 milyard kilometr məsafə qət edib. Start vaxtı onun salonunda Devid Boyinin “Life on Mars” (“Marsda həyat”) mahnısı səsləndirilib. Əgər avtomobilin akkumulyatoru hələ də işlək vəziyyətdədirsə, onda bu mahnısını səsyazısının 150 min dəfə təkrar olunduğu ehtimal edilir.

Portalın xəbərində qeyd edilir ki, sükan arxasında manekenin oturduğu avtomobil hələ bir çox dəfə Günəşin ətrafında dövr edəcək, lakin son nəticədə, təxminən milyon il sonra Veneranın yaxud Yerin atmosferinə daxil olacaq və öz mövcudluğunu bitirəcək. Onun Yerə qayıtma şansı cəmi 6 faizdir, Veneranın atmosferinə daxil olma ehtimalı isə 2,5 faiz olaraq qiymətləndirilir.(AZƏRTAC)

AzNews.az