“Bu, tamamilə yeni formuldur” “Bu, tamamilə yeni formuldur”

Alimlər sudan kərə yağının analoqunu yaradıblar

“Bu, tamamilə yeni formuldur”

Nyu-York ştatının Kornell Universitetinin alimləri əsasən sudan ibarət kərə yağının az kalorili analoqunu yaradıblar.

AzNews.az bildirir ki, bu barədə qurumun saytında dərc olunmuş məlumatda deyilir.

Kimyaçılar emulsiyaya bitki və süd yağını əlavə etməklə, konsistensiyasına görə kərə yağına yaxın olan böyük miqdarda su əldə ediblər. Bu məhsul heç bir süni stabilizatorlar ehtiva etmir və kərə yağından 75% daha az kalorili olur. Məhsulun bir xörək qaşığı 2,8 q yağ və 25,2 kkal ehtiva edir, eyni miqdarda yağın isə tərkibində 11 q yağ və 100 kkal olur.

“Biz konsistensiyası və dadına görə kərə yağına bənzəyən məhsul yaratmışıq”,- tədqiqatın aparıcı mütəxəssisi Alirza Abbaspurrad bildirib.

Onun sözlərinə görə, kimyaçılar məhsulun dadını və digər xüsusiyyətlərini dəyişə bilərlər.

“Biz süd və ya bitki zülallarını əlavə edə bilərik. Su hissəcikləri birləşdirdiyindən, emulsiyanın qida xüsusiyyətlərini dəyişdirmək imkanı var, belə ki, biz onu vitaminlərlə doydura və ya aromatizatorlar əlavə edə bilərik. Bu, tamamilə yeni formuldur”, - deyə Abbaspurrad bildirib.

AzNews.az