Fərmailin ən böyük istəyi sərgisinin keçirilməsidir Fərmailin ən böyük istəyi sərgisinin keçirilməsidir

26 manata yumurta: azərbaycanlının əl işləri dünyaya satılır

Fərmailin ən böyük istəyi sərgisinin keçirilməsidir

Xaçmazlı gəncin hazırladığı əl işləri dünyanın müxtəlif ölkələrində satışa çıxarılıb.

Fərmail Əhmədov sosial şəbəkələrdə gördüyü görüntülərdən sonra əl işləri hazırlamağa başlayıb.

Bir əl işinin hazırlanmasına bəzən 2-3 ay vaxt sərf edən gənc xüsusən yumurtadan hazırladığı işlərini 26 manatdan başlayan qiymətlərlə satışa çıxarıb.

Hazırda "Ailə Biznesinə Asan Dəstək" ailəsinə qoşulan F.Əhmədov satışda çətinliklər çəkmir. Əl işlərinin satışını da ABAD həyata keçirir.

Fərmailin ən böyük istəyi sərgisinin keçirilməsidir. Bu, ona əl işlərinin satışını ölkə daxilində də həyata keçirməkdə kömək edəcək. (Oxu.az)