Ortaya çıxan həqiqət hər kəsə ikinci bir şoku yaşadıb Ortaya çıxan həqiqət hər kəsə ikinci bir şoku yaşadıb

Tribunada siqaret çəkən uşağı qınadılar, amma... - VİDEO

Ortaya çıxan həqiqət hər kəsə ikinci bir şoku yaşadıb

Türkiyədə “Bursaspor”-“Fənərbağça” qarşılaşmasında tribunaların birində kameralara tuş gələn görüntü sosial şəbəkələrdə gündəm olub.

Matçı izləyən 2 uşaqdan birinin siqaret çəkməsi hər kəsi şoka salıb. İzləyicilər azyaşlının valideynini qınayaraq uşağın siqaret çəkməsinin yolverilməz olduğunu bildiriblər. Ancaq sonra ortaya çıxan həqiqət hər kəsə ikinci bir şoku yaşadıb.

Belə ki, həmin “azyaşlı”nın əslində 36 yaşlı kişi olduğu üzə çıxıb. Həmin şəxsin yanındakı isə doğma oğlu olub. Bununla belə uşaq kimi görünən atanın ictimai yerdə siqaret çəkməsi də sərt qarşılanıb.(qafqazinfo.az)

AzNews.az