Alabay iti hazırda Türkmənistanın milli sərvəti hesab edilir Alabay iti hazırda Türkmənistanın milli sərvəti hesab edilir

Berdiməhəmmədov alabay itləri barədə kitab yazdı

Alabay iti hazırda Türkmənistanın milli sərvəti hesab edilir

Prezident Qurbanqulu Berdiməhəmmədov Türkmənistan alabayları haqqında kitab yazıb.

“Neytralnı Türkmənistan” qəzeti xəbər verir ki, dövlət başçısı “Türkmən alabayı” adlı kitabın nəşri barədə hökumətin iclasında danışıb. “Yeni əsərdə bir çox minilliklər boyu türkmənlərin sədaqətli yol yoldaşı olmuş bu it cinsinin xarakteri və əhəmiyyəti açılır”, - deyə Türkmənistan lideri vurğulayıb.

Prezident, həmçinin alabaya şer həsr etdiyini də bildirib. O, iclas iştirakçılarını yeni əsərləri qiymətləndirməyə və onlar haqqında fikir bildirməyə çağırıb.

Bu, Berdıməhəmmədovun ilk ədəbi əsəri deyil. Prezident buna qədər Türkmənistan mətbəxi, xalçası, musiqisi, atalar sözləri, idmançıları və hərbçiləri barədə kitablar yazıb. Onun kitablarının əsas qəhrəmanlarından biri də ahaltəki atlarıdır.

Türkmənistan prezidenti 2019-cu ilin mayında Rusiyanın Baş Naziri Dmitri Medvedyevə alabay küçüyü hədiyyə etmişdi.

Alabay iti və ahaltəki atı hazırda Türkmənistanın milli sərvəti hesab edilir. Onları rəsmi icazə olmadan ölkə xaricinə çıxarmaq qadağandır.(AZƏRTAC)

AzNews.az