“Geoteg” Dağıstanın Kizilürt şəhərinə işarə edir “Geoteg” Dağıstanın Kizilürt şəhərinə işarə edir

Nurməhəmmədov Ferqyusonla döyüşə ekstremal hazırlıq keçir – VİDEO

“Geoteg” Dağıstanın Kizilürt şəhərinə işarə edir

Sosial şəbəkələrdə UFC üzrə yüngül çəkidə mütləq çempion Həbib Nurməhəmmədovun maraqlı videosu yayılıb. Belə ki, videodan döyüşçünün Dağıstan çaylarından birində axının əksinə üzdüyü görünür.

AzNews.az-ın məlumatına əsasən, rolik “Kingfarruh” “Instagram” akkauntunda yerləşdirilib.

Videonun şərhində bildirilir ki, idmançı buz kimi soyuq suda üzür. “Geoteg” isə Dağıstanın Kizilürt şəhərinə işarə edir.

“Toni, sənin başın bəlada”, - deyə rolikin müəllifi əlavə edib. Görünür, o, Məhəmmədovun rəqibi ola biləcək amerikalı idmançı Toni Ferqyusonu nəzərdə tutub.

Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. Otuz beş yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.

AzNews.az