Qızı müayinə edən həkim uşağın sağ qalmağını “möcüzə” adlandırıb Qızı müayinə edən həkim uşağın sağ qalmağını “möcüzə” adlandırıb

Ölmüş övladını basdırarkən torpaqdan diri uşaq tapdılar – VİDEO/FOTO

Qızı müayinə edən həkim uşağın sağ qalmağını “möcüzə” adlandırıb

Şimali Hindistanda kənd krematoriyasında möhürlənmiş gil qabda diri-diri torpağa basdırılmış üç günlük qız tapılıb.

AzNews.az “The Sun”a istinadla bildirir ki, oğlan övladının doğulacağına ümid edən valideynlərin qız dünyaya gəldiyi üçün ondan bu yolla yaxa qurtarmağa çalışdıqları ehtimal olunur.

“Döyüşçü” adı verilən uşaq, qızı ölü doğulmuş olan başqa bir cüt üçün qəbir qazan işçilər tərəfindən aşkar edilib.

Qızı müayinə edən həkim uşağın sağ qalmağını “möcüzə” adlandırıb: “Vaxtından qabaq doğulan uşaqlara yaşamaq üçün daha az oksigen tələb olunur, o, həqiqətən döyüşçüdür”.

“Hazırda uşağın valideynlərini tapmağa çalışırıq və bunun onların özləri tərəfindən edildiyini düşünürük”, - polis rəisi Abhinandan Singh deyib.

Qeyd olunur ki, uşağı tapan cütlük qızı övladlığa götürməyi planlaşdırır.

AzNews.az

image description image description image description image description