Tomas Beatie əslində cinsiyyət dəyişdirərək kişi olan və 4 uşağa sahib olan qadındır Tomas Beatie əslində cinsiyyət dəyişdirərək kişi olan və 4 uşağa sahib olan qadındır

Dünyanın ilk hamilə kişisi

Tomas Beatie əslində cinsiyyət dəyişdirərək kişi olan və 4 uşağa sahib olan qadındır

Dünyada ilk dəfə hamilə qalan Tomas əslində cinsiyyət dəyişdirmiş bir qadındır. 2007-ci ildə ilk uşağına hamilə qalan Tomas Beatienin hazırda 4 uşağı var.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Beatie gəncliyində model olub və “Miss Hawaii Teen USA”-da qalib gəlib. İndi o, 4 uşağı və ikinci həyat yoldaşı ilə birgə yaşayır.

Tomas Beatie və həyat yoldaşının hekayəsi ABŞ-da ən çox oxunan LGBTİ dərgisi “The Advocate”-də yayımlandıqdan sonra hər kəs tərəfindən öyrənilib.

O, jurnala müsahibəsində “Münasibətimiz hüquqi, siyasi və sosial baxımdan qeyri-müəyyəndir. Həkimlər dini etiqadlarına görə bizə qarşı ayrıseçkilik edir” deyib.

Qeyd edək ki, Beatienin cinsiyyət dəyişdirmə əməliyyatı 2002-ci ilin mart ayında olub. Ancaq Beatie əməliyyat zamanı uşaqlığının qalmasını istəyib. Əməliyyatdan sonra isə evlilik üçün şəxsiyyət vəsiqəsini dəyişdirib.

Səidə Vahid

AzNews.az