Onlar bu şansı doğumdan cəmi 2 saat əvvəl əldə ediblər Onlar bu şansı doğumdan cəmi 2 saat əvvəl əldə ediblər

Əkizlər əkizləri dünyaya gətirdi

Onlar bu şansı doğumdan cəmi 2 saat əvvəl əldə ediblər

ABŞ-ın Corciya ştatının Atens şəhərində maraqlı hadisə baş verib.

AzNews.az CNN-ə istinadən xəbər verir ki, "Piedmont Athens Regional" xəstəxanasında tibb bacısı olan Tara və Tori adlı əkizlər Edison və Emma adlı əkizlərin dünyaya gəlməsinə kömək ediblər.

Qızların atası Brannan Vilyams doğum otağında əkizləri olacağını öyrənəndə sevindiyini deyib:

"Qeysəriyyə əməliyyatına gedəndə əvvəlcə əsəbiləşdim. Daha sonra bunu biləndə sevindim. Bir az rahatlaşdım".

Onun həyat yoldaşı Rebeka Vilyams qızları 3 dəqiqə ara ilə dünyaya gətirib.

Onların dünyaya gəlməsinə kömək edən əkiz tibb bacıları sözügedən hadisəyə qədər heç vaxt doğum otağında bir yerdə işləmədiklərini deyiblər. Onlar bu şansı doğumdan cəmi 2 saat əvvəl əldə etdiklərini bildirib.

Brannan öz əkizlərini necə böyütməli olduqları ilə bağlı Tara və Toridən məsləhət aldıqlarını deyib.

Ataları ümid edir ki, Emma və Edison kifayət qədər böyüyəndə aralarındakı bu xüsusi əlaqəni lazımınca qiymətləndirəcək:

"Tara və Tori bizim dostlarımız oldu. Qızlarımızın bir gün bunu öyrənib, münasibətləri gələcəkdə də davam etdirəcəyi günü səbrsizliklə gözləyirəm".

Digər tərəfdən Rebeka həmin xəstəxanada işlədiyi üçün Brannan ailənin onlarla daim əlaqə saxlayacağına əmin olduğunu deyib.

Pərvanə

AzNews.az