O, son iki ildə keşikçi işləyirdi O, son iki ildə keşikçi işləyirdi

“Tarzan”ın oğlu anasını öldürdü: Atasını ittiham etdi - FOTO

O, son iki ildə keşikçi işləyirdi

Tanınmış Hollivud aktyoru, “Tarzan” serialında baş rolun ifaçısı Ron Elinin oğlu polis tərəfindən güllələnib. Hadisədən öncə isə o, anasını öldürüb.

AzNews.az bildirir ki, bu barədə “Daily Mail” yerli polisə istinadən xəbər verir.

Hadisə aktyorun Santa-Barbaradakı evində baş verib. Dava haqqında çağrı alan polislər Elinin evinə gəldikdə, onun 62 yaşlı arvadı Valerinin cəsədini aşkar ediblər. Onun üzərində çoxlu sayda bıçaq yaraları olub.

Məlumata əsasən, polisə Elinin oğlu zəng edib və bildirib ki, atası anasına hücum edib. Polis 30 yaşlı oğlanı saxlamağa çalışan zaman güllələyib. Şerif qeyd edib ki, oğlan “təhlükə doğururdu”. Hazırda faktla bağlı araşdırma aparılır.

Kemeron Eli 2007-ci ildə Harvard universitetinə daxil olub və yerli futbol komandasında oynayıb. O, son iki ildə keşikçi işləyirdi.

AzNews.az

image description image description image description image description image description image description image description