Gümüş qarışqalar saatda 3.2 kilometr yol gedirlər Gümüş qarışqalar saatda 3.2 kilometr yol gedirlər

Səhrada yaşayan adi bir qarışqa Usain Boltdan sürətli çıxdı

Gümüş qarışqalar saatda 3.2 kilometr yol gedirlər

Usain Bolt adını atlet tarixinə dünyanın ən sürətli adamı kimi qızıl hərflərlə yazdıraraq bir çox olimpiya medallarına sahib olub. Bu gün ona bir rəqib tapılıb. O rəqib sadəcə bir qarışqadır.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyadakı Ulm Universiteti qarışqalar üzərində illərdir apardığı araşdırmanın nəticələrini açıqlayıb.

Araşdırmaya görə, dünyanın ən sürətli qarışqalarının Saxara səhrasında yaşayan gümüş qarışqalar (Cataglyphis bombycina) olduğu məlum olub. Bu növün saniyədə 85 sm məsafə qət edə bildiyini deyən alimlər qarışqanın ayağının yerə sadəcə 7 mil saniyə təmas etdiyini bildirib.

Gümüş qarışqalar saatda 3.2 kilometr yol gedirlər. Sürət rekordu qıran Usain Bolt saniyədə 4 addım atarkən qarışqalar 50 addım atır və öz boylarından 108 qat çox məsafə qət edirlər.

Usain Boltun bunu edə bilməsi üçün saatda 650 km sürətlə qaçması lazımdır. Boltun ən çox sürəti isə sadəcə 44.72 kilometrdir.

Səidə Vahid

AzNews.az

image description