Bu proses NASA-nın saytında canlı yayımlanıb Bu proses NASA-nın saytında canlı yayımlanıb

İki qadın astronavt açıq kosmosa çıxdı - Tarixdə ilk

Bu proses NASA-nın saytında canlı yayımlanıb

Tarixdə ilk dəfə iki qadın astronavt açıq kosmosa çıxıb.

Space.com saytı xəbər verir ki, NASA-nın astronavtları Kristina Kuk və Cessika Meir oktyabrın 18-də Beynəlxalq Kosmik Stansiyanın enerji sistemində bloklardan birini dəyişmək üçün onun göyərtəsindən açıq fəzaya çıxıblar.

Bu proses NASA-nın saytında canlı yayımlanıb. Bakı vaxtı ilə 15:37-də “Quest” şlüzünün lyuku açılıb və qadın astronavtlar açıq kosmosa çıxıblar. Onlar ötən həftə sıradan çıxmış blokun yenisi ilə əvəzlənməsi üçün burada altı saat çalışacaqlar. Kuk artıq son iki həftədə üç dəfə açıq kosmosa çıxıb.

NASA-nın məlumatında qeyd olunur ki, blokun nasazlığı Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində aparılan elmi eksperimentlərə və ekipajın təhlükəsizliyinə heç bir təsir göstərməyib. Eyni zamanda, onun sıradan çıxması nəticəsində stansiya oktyabrın 6-da və 11-də açıq kosmosa öncəki iki çıxış zamanı quraşdırılmış yeni litium-ion batareyalarından əlavə enerji ala bilmir.

Xatırladaq ki, sovet kosmonavtı Svetlana Savitskaya 1984-cü ildə açıq kosmosa çıxan ilk qadın olub.(AZƏRTAC)

AzNews.az