Bu saatlarda günəşə çıxmaq bədən xərçəngi üçün risklidir

Hər gün 10-15 dəqiqə diz və dirsəkdən aşağı hissəni günəşləndirmək kifayətdir

İnsan orqanizmində D vitamini böyük əhəmiyyət kəsb edib. D vitanmininin əsas qaynağı günəş şüalarıdır. Bəzi qidalar da D vitamini ilə zəngin olsa da, günəş şüaları qədər təsiri olmur. Günəşlə olan 10-15 dəqiqəlik təmasla müqayisə etməli olsaq bu qidaların müntəzəm qəbulu zamanı D vitamini ehtiyacı ödənmiş olacaq.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, günəşə çıxmaq və D vitamini əksikliyini aradan qaldırmaq üçün ən uyğun saat isə 10:00 və 15:00 aralığıdır.

Ancaq qeyd etmək lazımdır ki, bu saatlar bədən xərçəngi üçün riskli saatlardır. Bu səbəbdən hər gün 10-15 dəqiqə diz və dirsəkdən aşağı hissəni günəşləndirmək kifayətdir.

Somon balığı, balıq yağı, yumurta, D vitamini tərkibli süd, kərə yağı, qaraciyər, göbələk, taxıllı bitkilərdən bəziləri D vitamini mənbələri sayılır.

Səidə Vahid

AzNews.az