İndiki həyat tərzi və qidalanma, az hərəkətlilik oynaqları... İndiki həyat tərzi və qidalanma, az hərəkətlilik oynaqları...

Oynaqları sağlam saxlamağın yolu – 10 məsləhət, 15 qida

İndiki həyat tərzi və qidalanma, az hərəkətlilik oynaqları...

İndi oynaqlar gənc yaşlardan ağrılar, qığırdaq yeyilməsi, oynaqdaxili mayenin quruması ilə sıradan çıxır.

İnsanın sümük skeletində 8 cür iri oynaq var: bud, çiyinlər, dizlər, ayaqlar, biləklər.

Oynaqların funksiyası insan yaşlaşdıqca daha çox gərək olur. İndiki həyat tərzi və qidalanma, az hərəkətlilik oynaqları vaxtından əvvəl məhv edir.

Əgər oynaqlarınız artıq ideal deyilsə də, bu məsləhətlər köməyinizə çatacaq.

Aznews.az oynaqları sıradan çıxaran səbəbləri və çıxış yollarını təqdim edir.

Oynaqları deformasiya edən və iltihablaşdıran səbəblər:

- Həddən artıq duz qəbulu

- Az hərəkətlilik

- Stress

- Süd məhsulları

- Kalsium, D vitamini defisiti

- Buğda və taxılda, un məhsullarında olan lektinlər

- Doymuş yağlar, transyağlar

- Qızarmış qidalar

- Bitki yağları – günəbaxan, qarğıdalı

- Sadə karbohidratlar

- Xroniki xəstəliklər

- Zərərli vərdişlər

Oynaqları xilas etmək üçün nə etməli?

- Siqaretdən, zərərli içkilərdən, qazlı şirəli işkilərdən uzaqlaşmaq

- Üzgüçülük, baseynə getmək. Üzmək oynaqlar üçün ən ideal hərəkətdir.

- Masaj, xüsusi tibbi.

- Bol su içmək – qığırdaqlar üçün vacibdir

- Günəş – xəstə oynaqları müalicə edir

- İltihab əleyhinə qidalanma – təiztərəvəz, göyərti salatları

Oynaqlara faydalı qidalar:

- Balıq və balıq yağı

- Təmiz zeytun yağı

- Qoz yağı

- Yağsız ət, hind quşu əti

- Süd məhsullarından ancaq kəsmik və pendir

- Qlütensiz taxıllar

- Kollagen – bizim mətbəximizdə bu sümük bulyonu və xaşdadır.

- Kətan toxumu və çia

- Sarımsaq

- Nar və suyu

- Qlükozamin və xondroitlər mənbəyi – kənd çolpasının bulyonu

- E vitamini – cücərmiş buğdada

- Gicitkan – çayı, şorbası oynaqlardakı iltihabı götürür

- B qrup vitaminləri – qəbulu və ya inyeksiyası

- K 2 vitamini – kərə yağı

- Zəncəfil, sarıkök, qara çörək otu

- Braziliya qozu, keş

- Küncüt

- Sink, selen mineralları

Oynaq xəstəliklərində birinci addım iltihabı aradan qaldırmaq, daha sonra oynağın hərəkətliliyini bərpa etməkdir. /Medicina.az /